...

Azərbaycanın ağır atleti Alan Naniyev Dünya çempionatında beşinci yeri tutub

Cəmiyyət Materials 9 Oktyabr 2006 13:45 (UTC +04:00)

Azərbaycanın ağır atleti Alan Naniyev Dominikan Respublikasında keçirilən Dünya çempionatında beşinci yeri tutub.

Trend xəbər verir ki, 105 kq-a qədər çəki kateqoriyasında çıxış edən ştanqçı sıçrayışla 182 kq, təkanla isə 218 kq qaldırıb. Nəticədə ikinövçülük üzrə Alan 400 kq göstərici ilə yarışı başa vurub, həm də yarışda bu göstəricini daha iki iştirakçı - Polşadan olan Robert Doleqa və slovak Martin Tısoviç göstərib. Rəqibləri ilə müqayisədə daha yüksək yer tutmasının hesabına polyak idmançısı turnir protokolunda ən yüksək yeri, azərbaycanlı idmançı isə beşinci yeri tutub.

Xatırladaq ki, A.Naniyevdən başqa yerli idmançılardan ilk onluğa həmçinin səkkizinci yeri tutan Əfqan Bayramov da (69 kq) düşüb.

Xəbər lenti

Xəbər lenti