...

Dünya kubokunun iştirakçısı Kubanın boks yığması digər iştirakçılardan əvvəl Bakıya gəlib

Cəmiyyət Materials 11 Oktyabr 2006 14:56 (UTC +04:00)

Oktyabrın 15-də İdman Sarayında başlayacaq Dünya kubokunun iştirakçı - komandaları artıq gəlməyə başlayırlar.

Milli Federasiyanın prezidenti Ağacan Əbiyevin Trend ə verdiyi xəbərə görə, artıq Kubanın dəri əlcək ustaları Bakıdadır və onlar artıq ilk məşqlərini ediblər. Kuba yığması güclü heyətlə gəlib. Bura Dünya və Avropa çempionatlarının mükafatçıları daxildir. "Ən yaxın vaxtda Dünya kubokunun hazırki sahibi Rusiya yığması da daxil olmaqla, qalan digər kollektivlər də paytaxta gəlməlidirlər. Həmçinin istisna olunmur ki, start ərəfəsində komandalar bir-biri ilə yüngül sparrinqlər də keçirəcəklər", - deyə A.Əbiyev bildirib.

O həmçinin qeyd edib ki, qrup heyətinin püşkatması yarışdan bir gün əvvəl olacaq, sonra isə İdman Sarayında rinqin bilavasitə quraşdırılmasına başlayacaqlar.

Xəbər lenti

Xəbər lenti