...

İranda latın qrafikalı Azərbaycan əlifbasında ilk sayt açıldı

Cəmiyyət Materials 17 Oktyabr 2006 18:00 (UTC +04:00)

İranın Dövlət Radiosunun Azərbaycandilli verilişlər xidmətinin İnternet səhifəsi fəliyyətə başlayıb. Trendin yaydığı xəbərə görə, bu sayt İranda ilk latın qrafikalı Azərbaycandilli yayımdır.

Səhifədə ictimai, siyasi, mədəni mövzular üzrə məlumatlar yerləşdirilib. İranın nüvə çalışmaları haqda xəbərlər, Şəhriyarın 100 illik yubileyi, İran və Azərbaycan mətbuatının xülasəsi ilə yanaşı, səhifədə Azərbaycanla tanışlıq bölməsi də fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti