...

Kubalı üçqat Olimpiya çempionu hesab edir ki, Azərbaycan yığmasında yaxşı boksçular var

Cəmiyyət Materials 19 Oktyabr 2006 12:39 (UTC +04:00)

"Hər yarışda kubalıların qarşısında bir məqsəd olur - qalib gəlmək". Bu barədə Trend ə Kubanın əfsanəvi dəri əlcək ustası, üçqat Olimpiya çempionu Teofilo Stivenson Bakıda keçirilən komandalararası Dünya kubokunun qrup mərhələsinin son oyunu çərçivəsində favoritlərin rinq sahibləri ilə görüşü ərəfəsində bildirib.

Onun sözlərinə görə, azərbaycanlı boksçular yarışda xoş təsir bağışlayırlar və rəqib yaxşı boksçulardan ibarətdir. "Son illər bir çox ölkələr nəzərə çarpacaq dərəcədə yaxşılaşıblar və özlərini beynəlxalq səviyyədə göstərməyə çalışırlar. Vaxtilə Macarıstan, Almaniya, ABŞ atletləri daha çox uğura nail olurdular, indi isə Azərbaycan və Qazaxıstan yığmasının növbəsidir", - deyə yarışın fəxri qonağı olan T.Stivenson hesab edir.

Xəbər lenti

Xəbər lenti