...

Portuqaliya və Kipr hakimləri Avropa birinciliyinin seçmə turnirinin Azərbaycan-Ermənistan oyununu idarə edəcək

Cəmiyyət Materials 25 Oktyabr 2006 15:16 (UTC +04:00)

Portuqaliyalı və kiprli futbol hakimləri briqadası yeniyetmələr (U-19) arasında Avropa birinciliyinin Azərbaycan-Ermənistan seçmə oyununu idarə edəcək. Görüş oktyabrın 27-də Larnakda "Antonis Papadopulos" stadionunda keçiriləcək.

Trend in xəbər verdiyi kimi, portuqaliyalı Duarte Nunu Pereyra Qomeş baş hakim vəzifəsini icra edəcək. Ona həmyerlisi Sercio Serrao, o cümlədən kiprli Nikos Platis kömək edəcək. Panikos Kaylis isə ehtiyatda olan hakim kimi çıxış edəcək. O, ehtiyat futbolçular skamyasında nizam-intizama nəzarət edəcək və əvəzləmələri həyata keçirəcək.

Maraqlıdır ki, bu, hər iki yığma üçün təsnifat çərçivəsində ilk görüş olacaq. Bundan başqa onlar macarlar və ev sahibləri ilə də qarşılaşmalıdır. Qrupda ilk iki yeri tutmuş komandalar növbəti mərhələyə vəsiqə qazanacaq.

Xəbər lenti

Xəbər lenti