...

Azərbaycanda insan alverinin qurbanı olmuş 50 qadın qapalı müəssisəyə yerləşdiriləcək

Cəmiyyət Materials 27 Oktyabr 2006 17:28 (UTC +04:00)

Yaxın günlərdə Azərbaycanda insan alverinin qurbanı olmuş 50 qadın yeni fəaliyyətə başlayan qapalı müəssisəyə yerləşdiriləcək. Bu barədə Trend ə DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin tərkibində fəaliyyət göstərən İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən verilib.

Artıq sığınacaq üçün nəzərdə tutulmuş binanın rəsmi açılışı da olub. Rəsmi açılışda daxili işlər naziri Ramil Usubov iştirak edib. Tədbirdə beynəlxalq təşkilatların nümayəndələri də iştirak ediblər. Müəssisə qapalı tipli olduğuna görə rəsmi açılışı işıqlandırmaq məqsədilə kütləvi informasiya vasitələrinin nümayəndələri tədbirə dəvət olunmayıblar.

Bakının Binəqədi rayonu ərazisində yerləşən sığınacağın 20-yə yaxın əməkdaşı var. Sığınacaqda eyni vaxtda 100-ə yaxın qurbanın reablitasiyası mümkündür. Qurbanlara bir ay müddətində psixoloji, mənəvi, tibbi yardımlar göstəriləcək. İlkin olaraq sığınacağa 50 qurbanın yerləşdirilməsi gözlənilir.

Qeyd edək ki, bu sığınacaq Azərbaycanla ATƏT-in birgə layihəsinin nəticəsi olaraq fəaliyyətə başlayıb.

Xəbər lenti

Xəbər lenti