...

Ombudsman nümayəndələri polis idarələrinin təcridxanalarına və polis bölmələrinə baxış keçiriblər

Cəmiyyət Materials 27 Oktyabr 2006 19:01 (UTC +04:00)

Ombudsman Aparatının əməkdaşları Bakının bir sıra rayonlarında polis idarələrinin müvəqqəti saxlama təcribxanalarına (MST) və polis bölmələrinə baxış keçiriblər. Bu barədə Trend ə Ombudsman Aparatından bildiriblər.

İnsan Haqları üzrə Müvəkkilin nümayəndələri Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə İdarədə, paytaxtın Xətai, Nizami, Binəqədi, Səbail və Sabunçu rayonlarının polis bölmələrində olublar.

Aparat əməkdaşları MST-lərdə saxlanılan şəxslərlə görüşərək, onların saxlanma şəraiti, qidalanma vəziyyəti, kameraların vəziyyəti ilə tanış olub, dini ayinlərin həyata keçirilməsi üçün ayrılmış otaqlara baxış keçirib və öz tövsiyələrini veriblər.

Araşdırmaların nəticələri Daxili İşlər Nazirliyinə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti