Beynəlxalq Bodibildinq Federasiyasının (IFBB) Çexiyada keçirilmiş konqresi Bakı şəhərini gələn il dnya çempionatının keçiriləcəyi yer kimi rəsmən təsdiq edib.
Milli Federasiyanın prezidenti Rauf Bünyadəliyevin Trend ə verdiyi məlumata görə, iclasın gedişində növbəti mövsümün təqviminə daxil edilmiş birinciliyin rəsmi təqdimat mərasimi keçirilib. "Konqresdə bütün iştirakçılara Azərbaycana səfər etmək üçün dəvətnamə verilib. Beləliklə, 2007-ci ildə qitənin ən güclü idmançıları məhz Azərbaycanda yığışacaq", - deyə R.Bünyadəliyev vurğulayıb.
Qeyd etmək lazımdır ki, Avropa çempionatı təkcə bodibilderlərin yarışından ibarət olmayacaq, bura həm də bodifitnes və qarışıq cütlərin yarış proqramı da daxil olacaq.