...

Mətbuat Şurası noyabrın 4-də "Azərbaycan mediasının dili: problemlər, onların həlli yolları" mövzusunda konfrans keçirəcək

Cəmiyyət Materials 31 Oktyabr 2006 15:04 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurası noyabrın 4-də "Azərbaycan mediasının dili: problemlər, onların həlli yolları" mövzusunda ümumrespublika konfransı keçirəcək. Bu barədə Trend ə Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə məlumat verib.

Ümumrespublika konfransında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxtəlif institutlarının, dil quumlarının, Yazıçılar Birliyinin, jurnalist təşkilatlarının, KİV-lərin nümayəndələri, ali məktəblərin filologiya və jurnalistika fakültələrinin müəllimləri, ziyalılar, tanınmış dilçi alimlərin iştirakı nəzərdə tutulub. Toplantıda mətbuatda dil problemi, yol verilən qüsurlar barədə müzakirələr aparılacaq, çıxışlar ediləcək. Sonda irəli sürülmüş təkliflərdən ibarət qətnamə qəbul olunacaq. Bu sənəd dərc ediləcək və media orqanlarının dil qaydalarına nə dərəcədə əməl etməsi ilə bağlı ardıcıl olaraq monitorinq aparılacaq.

R.Hüseynzadənin sözlərinə görə, Mətbuat Şurasının Dil Komissiyası təkliflərə hansı səviyyədə əməl olunmasını diqqətdə saxlayacaq, monitorinqin nəticələrini açıqlayacaq.

Sözügedən konfrans noyabrın 4-də saat 11.00-da Bakı Slavyan Universitenin akt zalında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti