...

Sankt-Peterburqdakı Baş Konsulluğunun təşəbbüsü ilə "Tarın 1000 illiyi" adlı tədbir keçirilib

Cəmiyyət Materials 6 Noyabr 2006 13:04 (UTC +04:00)

Noyabrın 5-də Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunun təşəbbüsü ilə bu şəhərin Şeremetyevo Sarayının musiqi muzeyində "Tarın 1000 illiyi" adlı tədbir keçirilib. Bu barədə Trend ə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib.

Tədbirdə Sankt-Peterburq şəhər Konservatoriyasının musiqi üzrə professorları I.Qureviç, M.Lobanov və İ.Alaşevski, muzeyin tar alətləri üzrə şöbə müdiri I.Koşelev, Baş Konsulluğun əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən natiqlər, iştirakçılara tarın musiqi aləti kimi yaradılması tarixi barədə söhbət açaraq, dünya mədəniyyətinin zənginləşməsində Azərbaycan tarının əhəmiyyətini qeyd ediblər.

Baş Konsul Qüdsi Osmanov Azərbaycan Respublikasının Dağlıq Qarabağ vilayətinin Şuşa şəhərində yaşamış dahi tarzən Mirzə Sadıxın və Bakıda yaşamış dahi tarzən Mirzə Fərəc Rza haqqında şöhbət açıb, Heydər Əliyev Fondunun Azərbaycan irsinin qorunub saxlanılmasında böyük rolunu xüsusi vurğulayıb. Ondan sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlunun tədbir iştirakçilara müraciəti səsləndirilib.

I.Koşelev muzeydə olan 31 tar nümunələrini tədbir iştirakçilarına nümayiş etdirib və tar haqqında məruzə edib. Tədbirin musiqi hissəsində Sankt-Peterburq şəhərində tanınmış musiqi ustası, azərbaycanlı tarzən Faiq Çələbi, skripka ustası Iladimir Şulyakovski, violonçel ifaçısı I.Sobolenko, klavesinndə çalan B.Rodçenkov, gitara və sarodda çalan Sergey Həsənov Avropa və Asiya klassik bəstəkarlarının musiqilərini ifa ediblər. Həmçinin musiqiçilər improvizasiya səpkidə Azərbaycan və Avropa musiqilərinin sintezləşdirilmiş üslubda da ifa ediblər. Musiqi proqramının sonunda tarzən Faiq Çələbinin ifasında "Bayatı Şiraz", "Qarabağ Şikəstəsi" və digər Azərbaycan klassik və xalq musiqiləri səsləndirilib.

Tədbirdə təxminən 120 nəfərdən ibrət qonaqlar iştirak edib və musiqi gecəsi yerli kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.

Xəbər lenti

Xəbər lenti