...

Belçikadakı Azərbaycan diasporu prezident İlham Əliyevin bəyanatlarını dəstəkləyir

Cəmiyyət Materials 8 Noyabr 2006 14:08 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Belçikada rəsmi səfəri zamanı Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər bu ölkədəki diasporumuz tərəfindən müsbət qarşılanıb. Bu barədə Trend ə "Belçika-Azərbaycan Evi" cəmiyyətinin sədri Bülənt Gürcam məlumat verib.

O bildirib ki, prezident İlham Əliyevin Brüsselə səfəri Belçikada yaşayan azərbaycanlılar tərəfindən sevinclə qarşılanıb. Bu ölkədə yaşayan soydaşlarımız dövlət başçısının Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının, torpaqlarımızın işğaldan azad edilməsinin zəruriliyi barədə bəyanatlarını təqdir edirlər: "Baxmayaraq ki, biz hamımız torpaqlarımızın işğaldan azad olunmasını səbirsizliklə gözləyirik, hər bir azərbaycanlı sülhün, barışın tərəfdarıdır. Ona görə münaqişənin sülh yolu ilə həllini, ərazi bütövlüyümüzün bərpasını dəstələyirik və diasporumuz da Azərbaycan prezidentinin bu mövqeyini təqdir edir"-deyə B.Gürcam qeyd edib.

Xəbər lenti

Xəbər lenti