...

Azərbaycan Dövlət İqtisad Universiteti Kiyevdə keçirilən beynəlxalq müsabiqədə "Qızıl fortuna" mükafatına layiq görülüb

Cəmiyyət Materials 8 Noyabr 2006 18:00 (UTC +04:00)

Azərbaycan Dövlət İqtisad Universiteti Kiyevdə keçirilən beynəlxalq müsabiqədə MDB məkanında ilk dəfə olaraq universitetlər arasında "Qızıl fortuna" mükafatına layiq görülüb. Bu barədə Trend ə İqtisad Universiteti rektorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Zəfər Bayramov məlumat verib.

O bildirib ki, bu mükafat veriləkən son illərdə İqtisad Universitetində yeni iqtisadi təhsil modelinin yaranması, keyfiyyətcə müasir standartlara cavab verən maddi-texniki baza ilə təminat, informasiya texnologiyalarının tətbiqi, eyni zamanda Azərbaycanda Heydər Əliyev iqtisadi irsinin öyrənilməsi mərkəzinin yaranması, onun zəngin irsinin təbliği və gənc nəslə çatdırılması, eyni zamanda Universitetin iqtisadi modelinin 2005-ci il Tunis sammitində aprobatsiyadan keçməsi nəzərə alınıb.

Noyabrın 3-də Kiyevdə Beynəlxalq Reytinq Texnologiyaları və Sosiologiya Akademiyası tərəfindən keçirilən müsabiqədə Azərbaycan Dövlət İqtisad Universiteti "Qızıl fortuna" mükafatı ilə təltif edilib. İqtisadi Universiteti MDB məkanındakı universitetlər arsında ilk dəfə olaraq bu mükafata layiq görülüb. Ölkəmizi təmsil edən alimlərə bu mükafatı Ukrayna Emlər Akademiysının prezidenti Patun təqdim edib.

Qeyd edək ki, "Qızıl fortuna" mükafatı 1993-cü ildə təsis olunub, indiyədək yalnız dünyanın 5 böyük universiteti bu mükafatı alıb. Azərbaycanın eks-prezidenti Heydər Əliyev də 1998-ci ildə "Qızıl ulduz" mükafatı ilə təltif edilmişdi.

Xəbər lenti

Xəbər lenti