...

Azərbaycan Dövlət Kamera Orkestri naxçıvanlı gənc solistlərlə birgə konsert proqramı ilə çıxış edəcək

Cəmiyyət Materials 10 Noyabr 2006 13:08 (UTC +04:00)

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Naxçıvan şəhərində Muxtar Respublikanın gənc vokal ifaçıları ilə birlikdə konsert proqramı ilə çıxış edəcək.

Naxçıvan Dövlət Filarmoniyasından alınmış məlumatda konsertin keçirilməsinin vaxtı dəqiq bildirilməsə də, Azərbayjan Respublikasının xalq artisti Teymur Göyçayevin bədii rəhbəri olduğu orkestr ilə bu gün Muxtar Respublikaya gələcəyi qeyd olunur.

Konsert proqramında Avropa və Azərbaycan klassik bəstəkarlarının əsərləri, o cümlədən xalq mahnıları ifa olunacaq. Qısa müddət davam edəcək hazırlıq məşqlərinə bu gün başlanılacaq.

Xatırladaq ki, kollektivlərin birgə çıxışları ilk dəfə noyabrın əvvəllərində Bakıda, Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində, daha sonra Sumqayıtda və Gəncədə təşkil olunub.

Xəbər lenti

Xəbər lenti