...

Voleybolçu Natalya Məmmədova dünya çempionatında bombardirlər arasında ikinçi yeri tutur

Cəmiyyət Materials 14 Noyabr 2006 12:18 (UTC +04:00)

Azərbaycanlı voleybolçu Natalya Məmmədova Yaponiyada keçirilən dünya çempionatında ən yaxşı bombardirlər siyahısında ikinci yeri tutub.

Trend xəbər verir ki, baxmayaraq komanda ikinci qrup raundundan yuxarı çıxa bilməyərək mundialda çıxışını başa vurub, hücumda Natalyanın güclü oyunu ona hücumçular arasında kifayət qədər yüksək mövqeyini saxlamağa imkan verib. İdmançı hücum , həm də blokda və top qəbulu nəticəsində yüz yetmiş iki xal toplayıb. Bu göstəricilərə görə o yalnız türkiyyəli Neslihan Dəmirdən geri qalaraq, alman Anqelina Qryunu, Vanq İmenyi, hollandiyalı Manon Flieri və bir sıra digər rəqiblərini prtokola əsasən qabaqlayıb.

Eyni zamanda "Ən yaxşı libero" nominasiyasında birinci yeri Valeriya Korotenqa tutur.

Xəbər lenti

Xəbər lenti