2007-ci il Avropa çempionatının Azərbaycanda keçirilməsi haqqında müqavilə bağlamaq üçün bu günlərdə Bakıda olmuş Avropa Gimnastika Birliyinin (UEG) nümaynədə heyəti gələn ilin martında yenə də respublikaya səfər edəcək.
Milli Federasiyanın mətbuat katibi Şahin Kazımzadənin Trend ə verdiyi məlumata görə, məhz bu tarixdə yarış üzrə püşkatma mərasimi keçiriləcək. Bundan başqa, qonaqlar birinciliyə hazırlıq üzrə son 4 ay ərzində görülmüş işləri qiymətləndirəcək. Xüsusilə çempionatın keçiriləcəyi Heydər Əliyev adına İdman-Konsert Kompleksi həmin vaxt yenidənqurma işləri ilə əlaqədar bağlanacaq.
Xatırladaq ki, iyunun 29-dan iyulun 1-ə qədər keçiriləcək çempionatda ilkin hesablamalara görə, 33 ölkədən komandalar iştirak edəcək.