...

Dekabrın 1-də vəkilliyə üzvlüklə bağlı sənəd qəbulu başa çatacaq

Cəmiyyət Materials 20 Noyabr 2006 16:31 (UTC +04:00)

Dekabrın 1-də vəkilliyə üzvlüklə bağlı sənəd qəbulu başa çatacaq. Bu barədə Trend ə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəyasət heyətindən məlumat verilib.

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun tələbinə uyğun olaraq Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər sənədlərini həmin tarixədək təqdim edə bilərlər.

Test imtahanının keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

İmtahandan dərhal sonra Bakı və Sumqayıt şəhərləri istisna olmaqla Azərbaycanın digər bölgələrində yaşayan və vəkil olmaq istəyən şəxslərdən sənəd qəbulu mütəmadi davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti