...

Azərbayanın ədliyyə işçiləri peşə bayramları ilə əlaqədar Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Cəmiyyət Materials 22 Noyabr 2006 12:57 (UTC +04:00)

Noyabrın 22-də Azərbayanın ədliyyə işçiləri peşə bayramları ilə əlaqədar Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər. Trend in xəbərinə görə, ziyarətdə ədliyyə naziri Fikrət Məmmədov da iştirak edib.

Ədliyyə işçiləri tərəfindən mərhum prezident Heydər Əliyevin və şəhidlərin məzarları önünə gül-çiçək dəstələri qoyulub, onların xatirəsi yad edilib.

Azərbaycanda ədliyyə sisteminin əsası 1918-ci ildə qoyulub. 2000-ci ildən isə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə 22 noyabr Azərbaycanda ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunur.

Xəbər lenti

Xəbər lenti