...

Bakı Dövlət Universitetində ISESCO-nun kafedrası açılacaq

Cəmiyyət Materials 24 Noyabr 2006 12:17 (UTC +04:00)

Bakı Dövlət Universitetində ISESCO - islam ölkələrinin Təhsil, Elm və Mədəniyyət təşkilatının kafedrası açılacaq. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat verilib.

ISESCO kafedrasının açılış mərasimi təşkilatın baş direktoru doktor Əbdüləziz bin Osman əl Tüveycrinin Azərbaycana indiki səfəri zamanı keçiriləcək.

Səfər çərçivəsində ISESCO rəhbəri Azərbaycan tərəfi ilə gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək niyyətindədir.

Xatırladaq ki, Azərbaycan İSESCO isə təhsil sahəsində 5 əsas istiqamət - məktəb və ali təhsil müəssisələri üçün tədris planlarının təkmilləşdirilməsi, ərəb dilinin tədris edildiyi ümumtəhsil və ali məktəblərin bazalarının inkişafı və möhkəmləndirilməsi, texniki yardımın göstərilməsi və s. üzrə əməkdaşlıq edir.

ICESCO-nun texniki yarlımı çərçivəsində məsləhətləşmələr aparılır, beynəlxalq simpozium və konfranslar təşkil olunur.

Azərbaycan 1991-ci ildən bu beynəlxalq qurumun üzvüdür. İcraiyyə Şurasında isə 1993-c ildən təmsil olunur.

Xəbər lenti

Xəbər lenti