...

Azərbaycanlı boksçular Ukraynada 4 medal qazanıb

Cəmiyyət Materials 28 Noyabr 2006 13:30 (UTC +04:00)

Azərbaycanın boks komandası Kuznetsovda (Ukrayna) keçirilmiş iri beynəlxalq turnirdə 4 qızıl medal qazanıb.

Trend in xəbər verdiyi kimi, İsmət Eynullayev (57 kq), 2003-cü il dünya çempionatının bürünc mükafatçısı Tofiq Əhmədov (69 kq), Zaur Teymurov (81 kq) və Azər Məmmədov (91 kq) öz çəki dərəcələrində uğura imza atıb. Maraqlıdır ki, "Rabitəçi" İdman Cəmiyyətini təmsil edən və baş məşqçi Rasim Məmmədovun rəhbərlik etdiyi 4 dəri əlcək ustasından ibarət kollektiv yarışda tam nəticə əldə edib.

Ölkənin yeniyetmələrdən ibarət yığması noyabrın 28-də başlayacaq iri beynəlxalq turnirdə iştirak etmək üçün İzbirbaşa yola düşüb.

Xəbər lenti

Xəbər lenti