...

ATƏT-in KİV-in azadlığı üzrə nümayəndəsi Azərbaycan KİV-də vəziyyətlə bağlı müraciət edib

Cəmiyyət Materials 28 Noyabr 2006 14:19 (UTC +04:00)

Trend in ATƏT-in məlumatına istinadən verdiyi məlumata görə, noyabrın 27-də ATƏT-in KİV-in azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti Azərbaycan prezidenti İlham Əliyevə məktubunda ölkədə plüralizmin və söz azadlığının məhdudlaşdırılmasından narahatlıq bildirərək, azad KİV-in vəziyyətinin pisləşməsinin qarşısını almaq üçün tədbir görməyə çağırıb.

ANS telekanalının bağlanmasına gəlincə, M.Haraşti bəyan edib ki, bu, Azərbaycan tamaşaçısı üçün ciddi müstəqil informasiya itkisidir və Milli Televiziya və Radio Şurasının gözlənilməz qərarı inzibati səlahiyyətlərdən sui-istifadədir". "MTRŞ telekanalları bağlamaq əvəzinə hələ ki, dəftərxana işləri gedir, ANS-in yayımı davam etdirə bilməsi üçün təminat verməklə diversifikasiyaya zəmanət verməlidir" - deyə M.Haraşti bildirib.

ATƏT nümayəndəsi "Azadlıq", "Bizim Yol" qəzetləri, "Turan" agentliyi və "Yeni Nəsil" nəşriyyat evinin yerləşdikləri dövlətə məxsus binadan çıxarılmasından da narahatlıq ifadə edib. Məktubda deyilir ki, ATƏT nümayəndəsi noyabrın 1-də dərc olunmuş hekayədə dini nifrəti qızışdırmaqda, Məhəmməd peyğəmbər haqqında təhqiramiz fikirlər söyləməkdə təqsirli bilinən yazıçı Rafiq Tağı və "Sənət" qəzetinin redaktoru Samir Sədaqətoğlunun işini də izləyib.

Xəbər lenti

Xəbər lenti