...

Ölkə Kuboku uğrunda keçiriləcək görüş ərəfəsində "Neftçi" Futbol Klubu itkilərlə üzləşib

Cəmiyyət Materials 1 Dekabr 2006 15:51 (UTC +04:00)

"Neftçi" Futbol Klubu ölkə kuboku uğrunda keçirilən 1/8 finalda "Qarabağ"la 3 dekabrda gözlənilən cavab görüşü ərəfəsində itkilərlə üzləşib.

Trend in verdiyi məlumata görə, bu qarşılaşmada ağdamlılarla hələ ilk görüşdə zədə almış yarımmüdafiəçi Aqil Məmmədov iştirak edə bilməyəcək. Çempionatın təqvim matçında o, "Olimpik"lə oyunda meydançaya çıxsa da, bununla vəziyyətini daha da ağırlaşdırmışdır. Həmçinin müdafiəçi Aleksandr Çertoqanov da oyunda iştirak etməyəcək, belə ki, o, fərdi proqram üzrə məşq edir və hal-hazırda özünün ən yaxşı formasında deyil.

Lakin klubun məşqçisi Qurban Qurbanov maldovalı yarımmüdafiəçi Vadim Bortsun iştirakından yararlana biləcək.

Xatırladaq ki, birinci görüşdə "Neftçi" "Qarabağ"ı 2:1 hesabı ilə məğlub etmişdi və dörddə bir finala çıxmaq üçün daha yaxşı şansa malikdir.

Xəbər lenti

Xəbər lenti