...

Azərbaycan-türk dostluq cəmiyyəti İstanbulda "Qondarma erməni soyqırımının lal şahidləri" mövzusunda konfrans keçirəcək

Cəmiyyət Materials 2 Dekabr 2006 11:32 (UTC +04:00)

Azərbaycan-türk dostluq cəmiyyətinin (TADER) təşəbbüsü ilə bu gün İstanbulda "Qondarma erməni soyqırımının lal şahidləri" mövzusunda konfrans, eələcə də Osmanlı İmperiyasında erməni soyqırımı törədilməsi haqqında səsləndirilən fikirlərin əsassızlığını sübut edən foto-sərgi açılacaq. Trend dən verilən məlumata əsasən, sərgi "Bəylikdüzü" rayonunda "Akademiya" mərkəzində təşkil olunub. Konfransın işində Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Salahlı da iştirak edəcək.

Tədbir iştirakçıları tarixi faktlara söykənərək ermənilərin soyqırım iddialarının yalan və əsassızlığını sübut edəcəklər.

TADER-in rəhbəri Salih Bayraktarın bildirdiyi kimi, Türkiyə erməni lobbisinin dünya miqyasında böhtan təbliğatı və ittihamları ilə qarşılaşıb. Lakin konkret tarixi faktlara və materiallara əsaslanan həqiqət Ankaranın tərəfindədir.

Xəbər lenti

Xəbər lenti