...

Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Latviyada səfərdədir

Cəmiyyət Materials 7 Dekabr 2006 16:00 (UTC +04:00)

Dekabrın 7-də Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Latviyaya səfər edib. Bu barədə Trend ə Konstitusiya Məhkəməsi Aparatından məlumat verilib.

F.Abdullayev Latviyanın Konstitusiya Məhkəməsinin yaranmasının 15 illiyi ilə əlaqədar keçirilən tədbirdə iştirak edir. Səfər çərçivəsində F.Abdullayevin bir sıra görüşləri də planlaşdırılıb.

Səfər dekabrın 10-da başa çatacaq.

Qeyd edək ki, Azərbaycanın "Konstitusiya Məhkəməsi haqqında" qanunu hazırlanarkən Almaniyanın və Latviyanın konstitusiya məhkəmələri haqqında qanunlardakı müddəalardan istifadə olunub.

Xəbər lenti

Xəbər lenti