...

Dövlət Komitəsinin sədri: "BMT-nin Qadınlarla bağlı Komissiyasının toplantısında Azərbaycanın hesabatı dinləniləcək"

Cəmiyyət Materials 12 Dekabr 2006 15:27 (UTC +04:00)

Gələn ilin ilk ayında BMT-nin Qadınlarla bağlı Komissiyasının toplantısı keçiriləcək. Bu barədə Trend ə Azəbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məlumat verib.

O bildirib ki, tolantıda Azərbaycanı təmsil edən nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətində hər nazirlikdən bir nəfər yüksək rütbəli şəxs təmsil olunacaq. Beynəlxalq konfransda Azərbaycanın hesabatı dinləniləcək. Bununla bağlı Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın yarım saatlıq məruzə etməsi nəzərdə tutulub.

"Azərbaycanda qadınların vəziyyətinə dair mənim məruzəm planlaşdırılır. Məruzədə Azərbaycanda qadınların statusu, cəmiyyətdə rolu, onların hüquqlarının qorunması kimi məsələlər barədə məlumat verəcəyəm"-deyə H.Hüseynova bildirib.

Komitə sədrinin sözlərinə görə, BMT-nin toplantısı yanvarın 20-dən sonra keçiriləcək.

Xəbər lenti

Xəbər lenti