...

"YUNEIOC" Azərbaycanda nümayəndəliyini açacaq

Cəmiyyət Materials 16 Dekabr 2006 12:48 (UTC +04:00)

BMT-nin texniki-peşə təhsili üzrə bürosu - "YUNEIOC" Azərbaycanda nümayəndəliyini açacaq. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyindən məlumat veriblər.

Bu istiqamətdə danışıqlar YUNESKO ekspertlərinin dekabrın 19-20-də Bakıya səfəri çərçivəsində aparılacaq.

Ekspertlər Azərbaycan Təhsil Nazirliyi və YUNESKO arasında imzalanmış əməkdaşlıq haqqında memorandum çərçivəsində Azərbaycanda təşkil olunmuş "YUNEIOC şəbəkəsi vasitəsilə texniki-peşə təhsilinin inkişafı" mövzusunda seminarda iştirak etmək üçün gələcəklər.

Xəbər lenti

Xəbər lenti