...

İstanbuldakı baş konsul – Türkiyədə ərə getmiş Azərbaycan vətəndaşları vətənə qayıda bilmirlər

Cəmiyyət Materials 20 Dekabr 2006 12:05 (UTC +04:00)

Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Salahlı Manis şəhəri (Türkiyə) rəhbərliyi ilə vətənə qayıda bilməyən Azərbaycan vətəndaşlarının problemini müzakirə edib. Bu barədə eksklüziv olaraq Trend ə konsulun özü məlumat veri.

O bildirib ki, ərə gedərək Türkiyəyə gəlmiş 15 Azərbaycan vətəndaşı viza və pasportlarının müddəti bitdiyi üçün öz uşaqlarına doğum haqqında şəhadətnamə ala bilmirlər. Bu uşaqlar artıq 6-8 yaşlarındadır, onlar nə Azərbaycanda, nə də Türkiyədə vətəndaşlıq ala bilməyiblər, əsasən Manisin kəndlərində yaşayırlar, həyat yoldaşları da türkdür.

O həmçinin əlavə edib ki, nə Türkiyə, nə də Azərbaycan qanunları onların problemini qısa müddət ərzində həll etməyə imkan vermir. Bu qadınlar Azərbaycana da qayıda bilmirlər, çünki bundan sonra onlar 5 il gözləməlidirlər ki, yenidən Türkiyəyə gələ bilsinlər. S.Salahlı bildirib ki, yaxın zamanlarda bu məsələni Azərbaycanın Ədliyyə Nazirliyi ilə müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti