...

30 KİV Azərbaycan Mətbuat Şurası üzvlüyündən çıxarılıb

Cəmiyyət Materials 23 Dekabr 2006 13:22 (UTC +04:00)

30 Azərbaycan KİV-i Mətbuat Şurası üzvlüyündən çıxarılıb. Trend in xəbər verdiyi kimi, bu barədə dekabrın 23-də Bakıda Azərbaycan jurnalistlərinin 4-cü qurultayında Nəzarət Təftiş Komissiyasının (NTK) sədri İbrahim Məmmədli bəyan edib.

Onun sözlərinə görə, belə tədbirlər dəfələrlə jurnalist peşə etikası qanunlarını pozan KİV-lər üçün qəbul olunub. NTK daha 20 KİV-in üzvlükdən çıxarılmasına hazırlaşır və sənədlər Mətbuat Şurasına təqdim olunub.

İ. Məmmədli məlumat verib ki, hesabat dövründə mətbuat Şurasının 19 idarə iclası keçirilib ki, bunlarda 34 qərar qəbul olunub. Mətbuat Şurasına 602 yazılı və 718 şifahi müraciət olunub. Bunların 400-dən çoxu təyinatlı qalanı KİV-ə dəxli olmayan müraciətlər olub.

İ. Məmmədli xəbər verib ki, Şuranın texniki bazası kafi səviyyədə deyil və əməkdaşların sayında böyük çatışmazlıq hiss olunur. Onun sözlərinə görə, Mətbuat Şurasının hələ də ofisi yoxdur və iclaslar əsasən Beynəlxalq Mətbuat Mərkəzində keçirilir. O, məlumat verib ki, Şuranın əksər üzvləri üzvlük haqqını tam ödəmir. 2003-cü ildə yalnız 95 üzvlük haqqı ödənib, 2004-cü ildə 19,5 %, 2006-cı ildə 20% üzvlük haqqı ödənilib. Beləliklə, 2006-cı ildə üzvlük haqqı 3277 manat təşkil edib, borc isə 17 min manatdan çox olub. İ.Məmmədli həmçinin söyləyib ki, Mətbuat Şurası əməkdaşlarının məvacibi (8,8 min manat) zəruri vəsaitin olmaması ucbatından yalnız Beynəlxalq təşkilatlardan alınmış qrantlar hesabına ödənilib. Bundan əlavə, Mətbuat Şurasının əməkdaşlarına indiyədək 2003-2004-cü illərin məvacib borcu ödənilməyib.

Xəbər lenti

Xəbər lenti