...

Uşaq alverində təqsirləndirilən klinika müdiri və tibb bacısının cinayət işi məhkəmə baxışına verilib

Cəmiyyət Materials 25 Dekabr 2006 17:33 (UTC +04:00)

Bakıda uşaq alverində təqsirləndirilən klinika müdirinin və tibb bacısının cinayət işi üzrə materiallar məhkəmə baxışına verilib. Bu barədə Trend ə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsindən (ACDİÜM) məlumat verilib.

Qeyd edək ki, klinika müdiri Z.Əsgərova CM-nin 314.1-ci (səhlənkarlıq), tibb bacısı Ofelya Səfərova isə 144.1.2.3-cü (adam oğurluğu) maddələri ilə ittiham olunurlar.

"Zibaxanım" tibb klinikasının müdiri Zibaxanım Əsgərovanın və klinikanın tibb bacısı Ofelya Səfərovanın cinayət işi üzrə materialda ibtidai istintaq yolu ilə məyyən edilib ki, Ofelya Səfərova çalışdığı klinika doğuş üçün nəzərdə tutulmadığı halda 7 mart 2006-cı il tarixdə Tatyana Leonidova adlı Azərbaycan vətəndaşının doğuşunu təşkil edib. Düyaya gələn oğlan uşağının anasına körpənin ölü doğulduğunu deyib, sonradan isə həmin uşağı elə klinikadaca başqa bir anaya 1000 ABŞ dollarına satıb.

İstintaq yolu ilə o da müəyyən edilib ki, tibb bacısının bu cinayət xarakterli hərəkətindən klinikanın müdiri Zibaxanım Əsgərovanın da xəbəri olub. Lakin işçisi barədə heç bir tədbir görməyib.

Cinayət işinin materialları məhkəməyə yeni daxil olduğu üçün hələlik heç bir hakimin icraatına verilməyib.

Xəbər lenti

Xəbər lenti