...

"Teatr və teatr fəaliyyəti haqqında" qanun layihəsi müzakirə olunub

Cəmiyyət Materials 25 Dekabr 2006 18:35 (UTC +04:00)

Dekabrın 25-də Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının iclası keçirilib. Trend in məlumatına görə, iclasda "Teatr və teatr fəaliyyəti haqqında" qanun layihəsi müzakirə olunub.

Komissiyanın sədri Nizami Cəfərov bildirib ki, qanun layihəsi iki oxunuşda Milli Məclisdə qəbul edilib, indi isə üçünçü oxunuşda müzakirə olunur.

O bildirib ki, bu gün cəmiyyətdə teatrla bağlı qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac duyulduğu üçün bu qanunun qəbul edilməsi zəruridir. "Teatr və teatr fəaliyyəti haqqında" qanun tamaşaların hazırlanması və kütləvi nümayişi ilə bağlı yaranan münasibətləri tənzimləyəcək, teatr fəaliyyətinin hüquqi əsaslarını, bu istiqamətdə dövlət siyasətini müəyyən edəcək. İkinci oxunuşdan sonra layihə üzərində xeyli iş aparılıb, yeni maddələr əlavə edilib, bəzi bəndlər isə çıxarılıb.

Sonra layihədəki əsas anlayışlar, qanunun tətbiq dairəsi, teatr fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri və digər müddəalarla bağlı deputatların və mütəxəssislərin fikirləri dinlənilib.

İclasın sonunda verilən təkliflər nəzərə alınmaqla qanun layihəsinin üçünçü oxunuşda Milli Məclisin müzakirəsinə çıxarılması tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti