...

Teleradio Şurasının sədri Azərbaycanda kabel televiziyası yayımçıları ilə görüş keçirib

Cəmiyyət Materials 26 Dekabr 2006 17:06 (UTC +04:00)

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhəmmərli Azərbaycanda fəaliyyət göstərən kabel televiziyası yayımçıları ilə dekabrın 26-da görüş keçirib. Trend in məlumatına görə, media nümayəndələrinin iştirakı ilə əvvəlcə açıq şəraitdə keçirilən görüşdə Azərbaycanda xarici telekanalların yerli tezlikdə və kabel vasitəsilə yayımı barədə danışılıb.

N.Məhərrəmli bildirib ki, Azərbaycan da artıq dünya təcrübəsinə və beynəlxalq standartlara istinad edərək ölkə ərazisində xarici telekanalların yayımını yalnız kabel və peyk vasiləsilə həyata keçirəcək. Rusiyanın iki, Türkiyənin üç telekanalının ölkəmizdə yayımlandığını xatırladan N.Məhərrəmli bildirib ki, vaxtilə imzalanmış ölkələrarası müqavilələr yalnız birtərəflidir. Onun sözlərinə görə, yalnız Türkiyənin TRT kanalının yayımı davam etdiriləcək, digər 4 xarici kanalın yayımının dayandırılması, kabel və ya peyk vasitəsilə yayımlanmasına dair məsələyə dekabrın 28-də Teleradio Şurasının iclasında baxılacaq. Şura sədrinin sözlərinə görə, yanvarın 3-dək bu məsələ artıq həllini tapmalıdır.

N.Məhərrəmli bildirib ki, kabel operatorları abunə qiymətlərini aşağı salmalı, bu yolla abunəçilərin sayının artması hesabına qazanc götürməlidirlər. Mətbuat nümayəndələrinin sualları cavablandırıldıqdan sonra kabel yayım şirkətlərinin rəhbərləri ilə müzakirələr qapalı şəraitdə davam etdirildi.

Xəbər lenti

Xəbər lenti