...

Ölkə MOK vitse-prezidenti: 2008-ci il oyunları Azərbaycan yığması üçün ən ağır oyunlardan biri olacaq

Cəmiyyət Materials 27 Dekabr 2006 13:17

Trend-i buradan izləyin

"2008-ci ildə Pekində keçiriləcək olimpiya oyunları Azərbaycan yığması üçün ən ağır oyunlardan biri olacaq". Bu barədə Trend ə ölkənin Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

O vurğulayıb ki, bu il ölkə atletləri Avropa və dünya çempionatlarında medallar qazanaraq beynəlxalq arenada uğurla çıxış ediblər, lakin daha çətin sınaqlar onları irəlidə gözləyir. Ç.Hüseynzadə deyib: "Bizi mürəkkəb olimpiya ərəfəsi gözləyir, idmançılarımız lisenziya uğrunda mübarizəyə qoşulacaq və Pekinə bilet qazanmaq uğrunda yarışacaqlar. Ona görə bütün çətinliklər hələ irəlidədir".

Xatırladaq ki, bu il artıq bəzi idman növlərində, əsasən güllə və stend atıcılığında Pekin üçün ilk putyovkalar oynanılıb.

Xəbər lenti

Xəbər lenti