...

Azərbaycanın olimpiya çempionu: "Mənim bu il lisenziya qazanmaq imkanlarım olub"

Cəmiyyət Materials 29 Dekabr 2006 15:54 (UTC +04:00)

"Mənim lisenziya qazanmaq üçün bir neçə imkanım olub, həm də mən ilin ikinci yarısında sağlam çıxış etmədim ki, bu da mənə ağır gəlir". Bu barədə Trend ə Sidney-2000 stend atıcılığı üzrə olimpiya çempionu Zemfira Meftahəddinova bu ilin turnirlərindəki çıxışlarına münasibət bildirərkən söyləyib.

O etiraf edib ki, hətta Qahirədə dünya Kuboku mərhələsində yeni dünya rekordunu təkrarlamağına baxmayaraq, mösüm onun üçün o qədər də uğurlu olmayıb. "əsas olan 2008-ci il Oyunlarına vəsiqə qazanmaq idi, amma bu məqsədə nail olunmadı və bu, çox ağır gəlir. Ümid edirəm ki, bu arzunu gələn il doğruldaram, yola saldığım mövsümü isə qeyri-qənaətbəxş qiymətləndirirəm"-deyə snayper vurğulayıb. Eyni zamanda o, qeyd edib ki, sonuncu nəticələr idmançını nikbin ladlara kökləyir, həm də məqsədə nail olmağa lap az qalıbmış. "Mən öz səhvlərim üzərində işləməliyəm"-deyə Z. Meftahəddinova əlavə edib.

Xəbər lenti

Xəbər lenti