...

Azərbaycanlı zəvvarlar artıq Suriya və İordaniyadadırlar

Cəmiyyət Materials 6 Yanvar 2007 14:23 (UTC +04:00)

Vətənə qayıdan azərbaycanlı zəvvarların olduğu birinci avtobus karvanı artıq Suriyada, ikincisi isə - İordaniya ərazisindədir. Bu barədə Trend ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Zəvvarlar avtobuslarda Səudiyyə Ərəbistanı- İordaniya- Suriya-Türkiyə-İran marşrutu üzrə hərəkət edirlər.

Hava yolunu seçən zəvvarlar bu gün müsəlmanların ikinci müqəddəs şəhəri Mədinəyə yola düşəcək və orada müqəddəs yerləri ziyarət edəcəklər. Zəvvarların ilk təyyarəsi yanvarın 10-da Vətənə uçacaq.

İdarədən məlumat verilib ki, bütün zəvvarlar sağ-salamatdırlar, özlərini normal hiss edirlər.

Xatırladaq ki, azərbaycanlı zəvvarlardan biri Məkkədə yolu keçərkən avtomobil qəzasına uğrayaraq həlak olub. 73 yaşlı zəvvar Məkkədə dəfn olunub.

Bu il Azərbaycana 4500 yerlik kvota, zəvvar turlarının təşkili üçün lisenziyaya malik özəl turizm şirkətlərinə təxminən 700 yer ayrılıb.

Xəbər lenti

Xəbər lenti