...

"Bakı" futbol klubu gürcü forvardını iki aylıq itirib

Cəmiyyət Materials 11 Yanvar 2007 17:03 (UTC +04:00)

"Bakı" futbol klubu yaxın iki ay ərzində forvardı Georgi Meqreladzedən məhrum olacaq.

Trend xəbər verir ki, gürcü ligioneri aldığı zədə səbəbindən komandaya qoşula bilməyib və vətənində qalıb. Lakin futbolçu birinciliyin ilk yarısında da özünü tam göstərə bilməyib, baxmayaraq ki, əvvəlcə əsas heyyətdə yer almışdı. Beləliklə, hələ birinci dövrənin ortalarında nizam-intizam cəhətdən problemi olan qvineyalı forvard Pate Banqurunu komandadan xaric etmiş ölkə çempionlarının baş məşqçisi Böyükağa Hacıyev hücumçu qıtlığı ilə üzləşəcək.

Qeyd etmək lazımdır ki, yanvarın 20-da Moskvada start götürəcək Birlik Kuboku uğrunda növbəti görüşlərə qatılacaqlarını nəzərə alsaq, "Bakı" mövsümə hazırlığı bir qədər sürətləndirməlidir.

Xəbər lenti

Xəbər lenti