...

Azərbaycanlı güləşçilər – "klassiklər" Əmrə Vəhbi memorialında çıxış edəcəklər

Cəmiyyət Materials 1 Fevral 2007 11:19 (UTC +04:00)

Yunan-roma güləşi üzrə Azərbaycan komandası fevralın 1-4-də İstanbulda keçiriləcək ənənəvi Əmrə Vəhbi memorialında çıxış edəcək.

Trend xəbər verir ki, komandanın tərkibinə Cavid Abdullayev (55 kq), Avropa Çempionatının bürünc mükafatçısı Fuad Əliyev, Zakir Abdullayev (hər ikisi 60 kq), hərbçilər arasında dünya çempionu Elburus Məmmədov (66 kq), Elvin Mürsəliyev (74 kq) və Cavidan Həsənov (84 kq) var. Yarışlara həmçinin beynəlxalq kateqoriyalı Xanmirzə Məlikəliyev xidəmtini təqdim edəcək, komandanın özəyini Azərbaycanda keçirilən sqn çempionatın mükfatçıları təşki edəcək.

Qeyd etmək lazımdır ki, bu beynəlxalq turnir yunan-roma güləşi üzrə pəhlivanlarımız üçün hazırkı mövsümdə artıq sayca dördüncüdür.

Xəbər lenti

Xəbər lenti