...

Azərbaycanın Səhiyyə Nazirliyi tibbi sığortanın tətbiqi üçün hökumətə təkliflər təqdim edib

Cəmiyyət Materials 8 Fevral 2007 19:31 (UTC +04:00)

Azərbaycanın Səhiyyə Nazirliyi tibbi sığortanın tətbiqi üçün hökumətə təkliflər təqdim edib. Bu barədə Trend ə səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib.

Onun sözlərinə görə, hazırlanmış təkliflər baxılmaq üçün hökumətə təqdim olunub.

Müvafiq sənədlərin hazırlanması prosesinə Azərbaycanda səhiyyə sisteminin yenidən qurulmasına istiqamətlənmiş layihə çərçivəsində Dünya Bankının ekspertləri cəlb olunub. "Hazırda son söz hökumətə məxsusdur. Biz öz tərəfimizdən bu məsələ üzrə bütün öhdəlikləri yerinə yetirmişik", deyə nazir bildirib.

Azərbaycanda tibbi sığorta haqqında qanun 1999-cu ildə qəbul olunub.

Xəbər lenti

Xəbər lenti