...

Heydər Əliyev Fondu, ISESCO və Azərbaycan Təhsil Nazirliyi əməkdaşlıq haqqında sənəd imzalayacaqlar

Cəmiyyət Materials 9 Fevral 2007 13:08 (UTC +04:00)

Mart ayında ISESCO - İslam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatının baş katibi doktor Əbdüləziz bin Osman əl Tuveycrinin Azərbaycana səfər edəcəyi planlaşdırılır. Bu barədə Azərbaycan Respublikasının Mərakeş krallığında Fövqəladə və Səlahiyyətli Səfiri Sabir Ağabəyov Trend ə eksklüziv olaraq məlumat verib.

Azərbaycan qərargahı Rabatda yerləşən ISESCO ilə fəal şəkildə əməkdaşlıq edir. Əməkdaşlıq elm, təhsil və mədəniyyət sahələrini əhatə edir. Əməkdaşlıq çərçivəsində ötən il təşkilatın baş katibi doktor Əbdüləziz bin Osman əl Tuveycrinin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanın tanınmış şərqşünas- alimi Aidə İmanquliyevanın "Yeni ərəb ədəbiyyatının korifeyləri" monoqrafiyası ərəb dilinə tərcümə olunub və böyük tirajla dərc olunub.

Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun Xoşməramlı Səfiri, Azərbaycanın millət vəkili Mehriban Əliyeva sivilizasiyaların yaxınlaşdırılmasında xidmətlərinə görə ISESCO-nun Xoşməramlı Səfiri adına layiq görülüb.

S.Ağabəyovun sözlərinə görə, əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə bir sıra tədbirlər planlaşdırılır. "O cümlədən, Heydər Əliyev Fondu, Azərbaycan Təhsil Nazirliyi və ISESCO arasında əməkdaşlıq haqqında Protokolun imzalanması nəzərdə tutulub. Sənədin təşkilatın baş katibinin Azərbaycana gələcək səfəri zamanı imzalanması planlaşdırılır", - deyə səfir qeyd edib. Diplomat bildirib ki, sənəd layihəsi artıq Azərbaycan tərəfinə təqdim olunub və hazırda sənədə baxılır.

Xəbər lenti

Xəbər lenti