...

Xocalı soyqırımının ildönümü ilə bağlı müxtəlif ölkələrdə tədbirlər keçiriləcək

Cəmiyyət Materials 15 Fevral 2007 16:10 (UTC +04:00)

Fevral ayının 26-da Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Xocalı soyqırımına etiraz olaraq Brüssel və Amsterdam şəhərlərində yürüş-mitinq keçirilməsi planlaşdırılır. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Aksiyalarda Ermənistanın etnik təmizləmə, soyqırım və işğalçılıq siyasətinə etiraz şüarları qaldırılacaq, yerli ictimaiyyətə xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları barədə məlumat veriləcək. Fevralın 24-də Almaniyanın Köln şəhərində Almaniya Kültür Ocağının, Azərbaycan Kültür və Dayanışma Cəmiyyətinin və Heydelberq şəhərində Azərbaycan Kültür Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin 15-ci ildönümü ilə əlaqədar tədbirlər keçiriləcək.

Fevral 24-də yerli vaxtla saat 10:00-dan 12:00-dək İsveçrədəki Azərbaycanlıların Mədəniyyət Mərkəzi Bern şəhərinin mərkəzində yerləşən Neuenqasse küçəsində Xocalı soyqırımının 15-ci ildönümünə həsr olunmuş aksiya kecirməyi nəzərdə tutur. Aksiyanın sonunda İsveçrə parlamentinə müraciətin qəbul olunacağı qərara alınıb. Fevralın 26-da Böyük Britaniyanın paytaxtında "London Azərbaycan Gənclər Klubu"nun təşkilatçılığı ilə anma mərasimi keçiriləcək. Həmin gün Danimarkanın Hillerd şəhərində Azərbaycan-Danimarka "Dostluq" Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş elmi-praktik konfrans təşkil olunacaq.

Fevralın 24-də Strasburq şəhərindəki "Azərbaycan Evi" Türk diasporunun nümayəndələri ilə birlikdə Xocalı soyqırımının 15-ci il dönümü ilə əlaqədar
yürüş-mitinq keçirməyi planlaşdırır. Bir gün sonra Strasburqda Azərbaycanlı Gənclər Kulubu tərəfindən Xocalıya həsr olunmuş sərgi nümayiş etdiriləcək. Fevralın 26-da isə Fransa Azərbaycanlı Tələbələr Assosiasiyasının təşkilatçılığı ilə mitinq keçiriləcək.

Xocalı faciəsinin 15-ci ildönümü fevralın 24-də Stokholmda Dünya Azərbaycanlıları Konqresinin etiraz mitinqi ilə də yad ediləcək. Fevralın 26-da İsveçin Höteberq şəhərində Xocalı qətliamına aid anma mərasimləri, Norveçdəki "Xəzər-Yanar" dərnəyi isə Oslo şəhərində soyqırıma həsr olunmuş elmi-praktik konfrans təşkil edəcək. İslandiya-Azərbaycan Azəri Cəmiyyəti Akureyri şəhərində anım tədbiri keçirəcək.

Xəbər lenti

Xəbər lenti