...

Azərbaycan və Gürcüstan biomüxtəlifliyin mühafizəsi üzrə işçi qrup yaradıblar

Cəmiyyət Materials 21 Fevral 2007 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycan və Gürcüstan biomüxtəlifliyin, bir sıra təbii ərazilərin, transsərhəd çayların mühafizəsi və sərhəd zonalarda birgə monitorinqlərin keçirilməsi üzrə işçi qruplar yaradıblar. Bu barədə Azərbaycan Ekologiya Nazirliyinin yaydığı məlumatda deyilir.

İşçi qruplar Gürcüstan ətraf mühiti və təbii ehtiyatları mühafizə naziri David Tkeşelaşvilinin Bakıya səfəri zamanı yaradılıb.

Gürcüstan və Azərbaycan nazirlərinin görüşündə tərəflər transsərhəd su hövzələrinin bğirgə istifadəsi və mühafizəsinə dair "Qarşılıqlı anlaşma" memorandumu imzalamaq niyyətlərini bildiriblər. Fevralın 21-də tərəflər "Niyyət" prtokolu imzalayacaqlar.

Xəbər lenti

Xəbər lenti