...

Parisd ə Xocal ı faci ə sinin 15 - ci ildönümü q e yd olunub

Cəmiyyət Materials 26 Fevral 2007 17:00 (UTC +04:00)

Fransa, Strasburq/müxbir Trend E.Məcidli/Parisdə fəaliyyət göstərən Azərbaycan Fransız Gənclik Təşkilatı Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı anım mərasimi təşkil edib. Parisin mərkəzi meydanlarından biri olan Trakadero meydanında keçirilən aksiyada Xocalı faciəsini əks etdirən stendlər qurulub, afişa və plakatlarla aksiya iştirakçıları, erməni vəhşiliyi ilə bağlı öz etiraz səslərini Fransa ictimaiyyətinə çatdırıb. Aksiyada 15 il keçməsinə baxmayaraq hələ də öz siyasi qiymətini almamış bu faciənin dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınması, Qarabağ probleminin həlli prosesinin sürətləndirilməsi və öz yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın tezliklə öz ata ocaqlarına dönməsi, bu cür insanlığa qarşı cinayəti törədənlərin də Beynəlxalq Cinayət Tribunalı (Haaqa Məhkəməsi) önündə mühakimə olunması tələb olunub. Fransızların da iştirak etdiyi mərasimdə yerli vətəndaşlara Xocalı faciəsi haqqında traktlar paylanılıb.

60- a yax ı n azərbaycanl ı n ı n i ş tirak e tdiyi aksiyada Xocal ı faciəsi qurbanlar ının və o c ü mlədən , b ütün şəhidlərin ruhu bir dəqiqəlik s ükutla yad e dilib.

Xəbər lenti

Xəbər lenti