...

AIBA hələ ki Ağacan Əbiyevin məktubuna cavab verməyib

Cəmiyyət Materials 3 Mart 2007 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Həvəskar Boks üzrə Dünya Assosiasiyasının Rəhbərliyi Azərbaycan Milli Federasiyasının prezidenti Ağacan Əbiyevin qurumun rəhbəri Çin Kou-vuya ünvanladığı açıq məktuba cavab verməyib.

A.Əbiyevin Trend ə verdiyi məlumata görə AIBA-nın son zamanlar boksun inkişafına yardım etməyən bir çox addımlarının tənqid olunduğu bu məktub bir sıra ölkələr tərəfindən də dəstəklənib. Xüsusilə də AIBA-nın Taypedə yerləşən İcraiyyə Komitəsində baş verənlər ciddi narazılıqlar yaradıb. Qurumun vitse-prezidenti müvəqqəti olaaraq tutduğu vəzifədən kənarlaşdırılıb. Üstəlik Eduard Husainov törətmədiyi bir əməldə təqsirləndirilir.

"Təbii ki sevindirici haldır ki mənim məktubum müəyyən reaksiya doğurub, ancaq görünür ki AIBA hələ də öz düşünülməmiş və əsassız qərarlarında qadmaqda davam edir", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti