...

Azərbaycanın dövlət orqanları nümayəndələri uşaq müəssisələrinə alternativ xidmətlərə dair Qırğızıstan təcrübəsini öyrəniblər

Cəmiyyət Materials 5 Mart 2007 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi "Uşaqlara icma-əsaslı dəstək proqramı" çərçivəsində Uşaqların Xilası Təşkilatı Qırğızıstana mübadilə səfəri təşkil edib. Martın 5-də keçirilən mətbuat konfransında uşaq müəssisələrinə alternativ olan ailə və icma-əsaslı xidmətlərə dair mübadilə səfərləri barədə məlumat verilib.

Uşaqların Xilası Təşkilatının rəhbəri Mehman Kərimov bildirib ki, səfəri təşkil etməkdə məqsəd Azərbaycanda tətbiq oluna biləcək yerli icma-əsaslı xidmətlərin, ailə və icmalarda yaşayan xüsusi qayğıya ehtiyacı olan uşaqlara dövlət qayğısının yollarını öyrənməkdir. Səfərdə 9 dövlət orqanının, QHT-lərin nümayəndələri iştirak edib və Qırğızıstanda uşaq müəssisələrində, ailə və icmalardan yaşayan uşaqarla bağlı aparılan islahatlarla, mövcud təcrübə ilə tanış olublar.

Toplantıda iştirak edən Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin, Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Goranboy Rayon İcra Hakimiyyətinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndələri Qırğızıstanda aparlıqları təcrübə mübadiləsi, müşahidələri, bu ölkədəki alternativ xidmətlər, azyaşlılarla iş üzrə Dövlət Komissiyasının fəaliyyəti barədə danışıblar.

Növbəti mübadilə səfəri Türkiyəyə ediləcək.

Xəbər lenti

Xəbər lenti