...

Bakıda Azərbaycan-Türkiyə diasporlarının I Forumu işinə başlayıb

Cəmiyyət Materials 9 Mart 2007 11:24 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Bakıda Azərbaycan-Türkiyə diasporlarının I Forumu işinə başlayıb. Forumda Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan və Şimali Kipr lideri Mehmet Əli Tələt iştirak edir.

Ümumilikdə tədbirdə 48 dövlətdən 513 nümayəndə iştirak edir. Onlardan 173-ü Azərbaycan, 101-i Türkiyə diasporu, 14-axıska, 23-İraq və 5-Kipr nümayəndəsidir. Mərasimdə həmçinin Latviya, Estoniya, Litva, Lüksemburq hökumətinin nümayəndələri, Estoniya, Bolqarıstan, Latviya, Litva, Qazaxıstan, Qırğızıstan, Özbəkistan parlamentlərinin üzvləri də iştirak edir. Foruma həmçinin Almaniya, ABŞ, Rusiya, Ukrayna, Niderland, İsveç, Rumıniya və Noveçdən də böyük nümayəndə heyətləri gəlib. Forumda Azərbaycan-Türkiyə diasporlarının işi üzrə vahid strategiya, Bakı deklarasiyası, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı türkdilli dövlətlərə və dünya ictimaiyyətinə müraciət, həmçinin 1915-ci il hadisələri ilə əlaqədar ermənilərin iddiaları ilə bağlı bəyanat qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti