...

İslam dövlətləri təhsil nazirlərinin növbəti konfransı Bakıda keçiriləcək

Cəmiyyət Materials 10 Mart 2007 12:23 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/İslam dövlətləri təhsil nazirlərinin IV konfransı bu il Bakıda keçiriləcək. Bu barədə Azərbaycan Təhsil Nazirliyindən məlumat verilib. Konfransda müsəlman dövlətlərində təhsil sahəsində olduqca vacib məsələlərin və onların həlli yollarının müzakirəsi planlaşdırılır. Konfransın məqsədi müsəlman dövlətlərində elm və texnologiya, bu sahədə yüksək ixtisaslı kadrların hazırlanması ilə bağlı müzakirələrin aparılmasıdır. Konfransda bir sıra islam dövlətlərinin elm və təhsil nazirləri, İslam Konfransı Təşkilatı, islam dövlətlərinin təhsil, elm və mədəniyyət təşkilatı ISESKO-nun yüksək vəzifəli nümayəndələrinin iştirakı gözlənilir.

Konfransın payızda keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti