...

Şirak prezident seçkilərində Sarkozini dəstəkləyəcəyini açıqlayıb

Cəmiyyət Materials 22 Mart 2007 15:51 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Fransa prezidenti Jak Şirak, aprel ayında keçiriləcək prezident seçkilərində Nikolas Sarkozini dəstəkləyəcəyini açıqlayıb.

Televiziya kanallarından birində daxili işlər naziri Sarkozinin prezident seçkiləriylə bağlı martın 26-da vəzifəsindən istefa verəcəyini bildirən Şirak, seçkilərdə Sarkoziyə səs verəcəyini söyləyib.

Aralarındakı siyasi görüş fərqliliyinə baxmayaraq, Sarkozinin fəallığını təqdir etdiyini qeyd edən Fransa prezidenti, Xalq Hərəkatı Birliyinin lideri Sarkozinin prezidentliyə ən yaxın namizəd olduğunu vurğulayıb.

Xatırlatmaq lazımdır ki, 1995-ci ildəki prezident seçkilərində Eduard Balladuru dəstəkləyən Sarkoziylə Şirakın arasının uzun müddət yaxşı olmadığı bildirilirdi. Hətta Fransa mətbuatında Şirakın Sarkoziyə qarşı seçkilərdə namizəd olacağı da yazılmışdı.

Lakin, Şirakın seçkilərdə namizəd olmayacağını bildirməsinin ardından baş nazir Villepenin Sarkozini dəstəkləyəcəyini açıqlaması, Fransa prezidentinin də Sarkoziyə dəstək verəcəyi ehtimalını gücləndirmişdi.

Şirakın çıxışından sonra mətbuata yazılı açıqlama verən Sarkozi, Şirakın Fransa prezidenti olaraq ona verdiyi dəstəyin həm siyasi, həm də şəxsi olaraq böyük əhəmiyyət daşıdığını bildirib.

Xəbər lenti

Xəbər lenti