...

Türkiyədə 31 Mart - Azərbaycanlıların Soyqırımı günü ilə bağlı konfrans keçiriləcək

Cəmiyyət Materials 27 Mart 2007 17:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Martın 29-da Ankaradakı Bilkənd Universitetində 31 Mart - Azərbaycanlıların Soyqırımı günü ilə bağlı beynəlxalq konfrans keçiriləcək. Bu barədə məlumat verən Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib ki, o konfransda məruzə ilə çıxış edəcək.

"Beynəlxalq konfransı Türkiyənin Bilkənd Universiteti təşkil edib. Azərbaycandan tədbirə məni dəvət ediblər və konfransda ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdikləri soyqırımlar haqqında məruzə ilə çıxış edəcəyəm", - deyə A.Qəzənfəroğlu qeyd edib.

Xəbər lenti

Xəbər lenti