...

Azərbaycanın Ukraynadakı səfirliyi Yalta bazarındakı partlayışda azərbaycanlıların xəsarət almasını araşdırır

Cəmiyyət Materials 2 Aprel 2007 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ukraynanın Krım vilayətinin Yalta şəhərində bazarlardan birində baş vermiş partlayışda azərbaycanlıların da xəsarət alması ilə bağlı Azərbaycanın bu ölkədəki səfirliyi araşdırma aparır. Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev məlumat verib.

O bildirib ki, parltayış zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının da olması barədə səfirliyə məlumat daxil olub. Bununla əlaqədar səfirliyin nümayəndələri həmin əraziyə ezam olunub. Səfirin bildirdiyinə görə, hadisə ilə bağlı günün sonunda dəqiq məlumatlar əldə ediləcək.

Bazar günü Yalta bazarlarından birindəki kafedə qaz balonunun partlaması nəticəsində yanğın baş verib. Xəsarət alanlardan beş nəfərin Azərbaycan, üçünün Türkiyə, beşinin Ukrayna vətəndaşı olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti