...

Azərbaycan taekvondoçuları Bonnda iki bürünc medal qazanıblar

Cəmiyyət Materials 3 Aprel 2007 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Azərbaycanın taekvondo üzrə komandası Bonnda keçirilən Almaniya Açıq çempionatında iki bürünc medal qazanıblar. Trend ə verilən məlumata görə, Dünya və Avropa birincisi Rəşad Əhmədov (78 kq) və Təvəkkül Bayramov (84) özlərini yaxşı göstəriblər. Onlar öz çəki kateqoriyalarında ilk üçlüyə düşməyə nail olublar.

Rəşad qələbə medalı uğrunda xorvatiyalı Filipp Vuçaqiçlə mübarizəyə başlayıb və bu ölkənin nümayəndəsi Darko Xarapinin simasında turnir yolunu məğlubiyyətlə başa vurub. Buna qədər isə idmançı avstraliyalı Ceymis Tominson, alman Qabriel Matias və ABŞ nümayəndəsi Ceyson Qrantı udub. Öz gücünü nümayiş etdirən Bayramov isə Almaniyanın təmsilçiləri Robert Vessen və David Kadleç üzərində qələbə qazanıb. Sonrakı mərhələdə Təvəkkül polşalı Yanek Yarzinskonu da məğlub edib, lakin finalın bir addımlığında İtaliyadan olan Maur Sarmientoya məğlub olub.

Xəbər lenti

Xəbər lenti