...

Gimnastika üzrə 2 Azərbaycan arbitri beynəlxalq dərəcəyə layiq görülüb

Cəmiyyət Materials 4 Aprel 2007 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir. Trend Z.Səfərov/ Beynəlxalq İdman Gimnastikası Federasiyası Texniki Komitəsinin (FİG) prezidenti Adrian Stoykinin rəhbərliyilə keçirilən hakimlik kursunun yekununda 2 Azərbaycan arbitri beynəlxalq dərəcəyə layiq görülüb.

Milli Federasiyanın mətbuat xidmətindən Trend ə verilən məlumata görə, Elşən Əliyev və Rza Əliyev imtahanları müvəffəqiyyətlə verərək 4-cü dərəcə alıblar. Bu, onlara müxtəlif beynəlxalq yarışlarda iştirak etmələrinə imkan verəcək. Lakin Dünya, Avropa çempionatı və ya Olimpiadaya dəvətnəmə almaq üçün onlar ixtisaslarını artırmalı və sonda müvafiiq imtahan verməlidirlər.

Qeyd etmək lazımdır ki, hakimlik kursunda yerli münsiflərlə bərabər Səudiyyə Ərəbistanı nümayəndələri də iştirak edib. Onlardan biri də yoxlama imtahanlarından müvəffəqiyyətlə keçib.

Xəbər lenti

Xəbər lenti