...

Uşaqlarla İş üzrə Respublika Koordinasiya Şurasının iclası keçirilib

Cəmiyyət Materials 6 Aprel 2007 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan Milli Fəaliyyət Planına uşaq hüquqları ilə əlaqədar yeni təklif və tövsiyələr irəli sürülüb. Bu barədə cümə günü Bakıda keçiriən Uşaqlarla İş üzrə Respublika Koordinasiya Şurasının iclasında müzakirələr aparılıb.

Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, Azərbaycan 1992-ci il 23 iyulda BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulub, üzərinə bir sıra öhdəliklər götürüb. Azərbaycanda uşaq hüquqları sahəsində fəaliyyət göstərən dövlət orqanlarının, ictimai, qeyri-hökumət qurumlarının işini əlaqələndirmək məqsədilə Dövlət Komitəsi nəzdində Uşaqlarla İş üzrə Respublika Koordinasiya Şurası yaradılıb.

Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov qeyd edib ki, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində minlərl uşağın hüquqları pozulub, onlar çadır düşərgələrində, vaqonlarda ağır şəraitdə yaşayır, xəstə doğulurlar.

Ombudsman Aparatının, qeyri-hökumət təşkulatlarının və digər qurumların nümayəndələrinin uşaq hüquqları ilə bağlı Milli Fəaliyyət Planına dair tədbirdə səsləndirdiyi təklif və tövsiyələr 15 gün ərzində ümumiləşdirilərək sənədə əlavə olunacaq. Sonra sənəd Nazirlər Kabinetinə təqdim ediləcək.

Azərbaycan Şahmat Federasiyasının keçmiş prezidenti, sabiq millət vəkili Aynur Sofiyeva dövlət başçısının sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini təyin olunub.

Xəbər lenti

Xəbər lenti